Yerevanda səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi, ATƏT-in Minsk qrupunun həmsədri Lui Bono da iştirak edib.
Tərəflər regionda sabitliyin yaradılması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, demarkasiya və sərhədlərin təhlükəsizliyi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Dağlıq Qarabağ məsələsi və s. müzakirə edib.
Ararat Mirzoyan Ermənistan tərəfinin hərtərəfli və sabit sülhə nail olmaq üçün mövcud əsas məsələlərin həlli, o cümlədən Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin həlli ilə bağlı yanaşmalarını təqdim edib.
Nazir Mirzoyan Azərbaycanın Dağlıq Qarabağ xalqına və ER-nin ərazi bütövlüyünə qarşı ekstremist istəklərindən, təcavüzkar siyasətindən və döyüşkən ritorikasından əl çəkməsinin vacibliyini vurğulayaraq, ER-nin sülh prosesinə sadiqliyini bir daha təsdiqləyib.
Həmsöhbətlər Dağlıq Qarabağda yaranmış humanitar vəziyyətə də toxunublar.
Görüş zamanı ER-ABŞ ikitərəfli gündəliyi, o cümlədən strateji dialoqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.