ER XİN Azərbaycan Prezidentinin Cənubi Qafqazda davam edən nizamlanma proseslərini pozmaq səylərinə dair bəyanat yaydı.
Bəyanatda qeyd olunur ku, aprelin 18-də İlham Əliyev erməni tərəfinin və beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylərini torpeda etmək niyyətini bir daha göstərdi.
"İlham Əliyev bu bəyanatlarla müxtəlif beynəlxalq tərəfdaşlara açıq hörmətsizlik nümayiş etdirir. Onların iştirakı və vasitəçiliyi ilə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyıb və öz üzərinə bir sıra aydın öhdəliklər, o cümlədən Almatı Bəyannaməsi əsasında Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müəyyən edilməsi və Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizlik təminatlarının həlli üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı phdəliklər götürüb.
Bundan əlavə, Azərbaycan prezidenti öz bəyanatı ilə Ermənistan Respublikasının suveren ərazilərinin planlaşdırılmış təcavüzü və işğalı faktını açıq şəkildə qəbul edir, həmçinin Dağlıq Qarabağ əhalisini etnik təmizləməyə məruz qoymaq niyyətini açıq şəkildə ortaya qoyur.
İnsan haqlarının və müxtəlif qrupların hüquqlarının kobud və institusional pozuntularına yol verilən Azərbaycan prezidenti öz vətənlərində yaşayan Dağlıq Qarabağın dinc əhalisinə qarşı açıq şəkildə ontoloji təhdidlər edir.
Azərbaycanın ali rəhbərliyinin erməni xalqına qarşı səsləndirdiyi nifrət nitqi birmənalı olaraq erməni xalqına qarşı onilliklər ərzində dövlət tərəfindən Azərbaycan ictimaiyyəti arasında təbliğ edilən dözümsüzlüyün və nifrətin dərinləşməsinə yönəlib.
Azərbaycan silahlı qüvvələrinin nümayəndələri tərəfindən törədilmiş hərbi cinayətlər, hərbi əsirlərin və mülki şəxslərin etnik zəmində qətlə yetirilməsi, onların videoçəkilişinin aparılması və və cinayətkarlar tərəfindən bu videoların qürurlu şəkildə yayılması bu siyasətinin nəticəsidir.
Əminik ki, Azərbaycan prezidentinin qeyd olunan bəyanatından sonra bu və yuxarıda qeyd olunan cinayətlərin dövlət səviyyəsində təşkil olunması beynəlxalq ictimaiyyətdə belə şübhə doğura bilməz.
Regionda illərlə yığılmış problemlər üçün sabit və qalıcı həll yollarını axtarmaq əvəzinə,Azərbaycan güc tətbiq etmək və güc tətbiq etməklə hədələmək yolu ilə ekstremist ambisiyalarını irəli aparmağa çalışır.
Ermənistan tərəfi Azərbaycanın apardığıi bu siyasətin sabitliyi pozan perspektivləri barədə dəfələrlə xəbərdarlıq edib və beybəlxalq ictimaiyuətinin diqqətini bu cür hərəkət kursunun dünya nizamı üçün təhlükələrinə cəlb edib”.