İsrailin xarici işlər naziri Eli Kohen çərşənbə günü axşam saatlarında Azərbaycandan Türkmənistana yola düşəcək və təxminən otuz il ərzində Mərkəzi Asiya ölkəsinə səfər edən ilk İsrail naziri olacaq, “The Times of Israel” yazır.
1994-cü ildə Sovet İttifaqının süqütündən üç il sonra İsrailin o vaxtkı xarici işlər naziri Şimon Peres neftlə zəngin Türkmənistana səfər etdi.
Koen İranın şimal-şərq sərhədindən təxminən 25 km aralıda yerləşən Türkmənistanın paytaxtı Aşqabadda İsrail səfirliyini açacaq. Ofis İsrailin İrana ən yaxın səfirliyi olacaq.