ER baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonu qəbul edib.
Baş nazir ABŞ ilə sıx əməkdaşlığın ardıcıl inkişafını və erməni-amerikan strateji dialoq gündəliyinin davamlı olaraq təşviq edilməsinə əhəmiyyət verib.
Baş nazir ABŞ-ın bölgədə sabitlik və sülhün bərqərar olması üçün səylərinə də əhəmiyyət verib.
Erika Olson qeyd edib ki, ölkəsinin hökuməti Ermənistanla, o cümlədən iqtisadi sahədə əlaqələrin davamlı inkişafına böyük önəm verir.
Tərəflər Dağlıq Qarabağ münaqişəsi, Stepanakert və Bakı arasında beynəlxalq dialoq mexanizminin formalaşdırılması, Azərbaycan tərəfindən Laçin dəhlizinin qanunsuz blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhran, Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər.