Ərdoğanın dövründə Türkiyə avtoritarizmə doğru sürüşməyə və NATO-nu birləşdirən dəyərlərdən uzaqlaşmağa davam edir. Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Frenk Palon özünün “Twitter” mikrobloqunda yazıb.
"Gələn ay keçiriləcək seçkilər Türkiyə demokratiyası və müttəfiqliyi üçün həlledici əhəmiyyət kəsb edəcək", - deyə konqresmen əlavə edib.