İsrail xarici işlər naziri Azərbaycanda səfərdədir. KİV-in məlumatına görə, Koen Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər və iqtisadiyyat nazirləri ilə görüşəcək.
Qeyd olunur ki, İsrail nümayəndə heyətinə 20 şirkətin nümayəndələri də daxildir.
Bundan əvvəl Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması İranın tənqidinə səbəb olub. İran Bakını İsraillə münasibətləri dərinləşdirmək və möhkəmləndirmək məqsədindən əl çəkməyə çağırıb.