Azərbaycanda İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər yenidən həbs edilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 20-yə yaxın şəxs saxlanılıb
İddia olunur ki, saxlanılanlar "İran rejiminin təbliğatı" ilə məşğul olub, dünyəvi dövlətin devrilməsinə çağırışlar edib. Adıçəkilən şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsində də ittiham olunurlar.