Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyəyə gedib.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov da bu gün Qazaxıstana rəsmi səfərə gedib. Səfər çərçivəsində iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.