G7 xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Օnlar bu barədə Yaponiyanın Karuizava qəsəbəsində keçirilən G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş sessiyada bildiriblər.
“Böyük yeddilik Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcəyini, həmçinin Ukraynaya güclü dəstəyi davam etdirəcəyini təsdiqləyib”, - bəyanatda qeyd olunub.
Bundan əlavə, onlar “sanksiyalardan yayınma ilə mübarizə və üçüncü ölkələr tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”.