İsrailin xarici işlər naziri Eli Kohen sabah Bakıya səfər edəcək.
Bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, nazir Azərbaycan-İsrail hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.
Qeyd edək ki, İsrail mediası həmçinin, Prezident İshaq Hersoqun may ayında Azərbaycana gözlənilən səfəri barədə də məlumat yayıb.