İranla Azərbaycan arasında münasibətlərdə problemli amillər var ki, onlardan biri də İsraildir. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani brifinq zamanı bildirib.
Onun sözlərinə görə, İsrail təkcə iki ölkədə deyil, bütövlükdə İslam dünyasında parçalanma və qeyri-sabitlik yaratmağa çalışır.
İran və Azərbaycan xarici işlər nazirləri arasında son üç telefon danışığını müsbət qiymətləndirən Kənani vəziyyətin aradan qaldırılması və iki ölkə arasında gərginliyin azaldılması üçün tərəflər arasında ortaq yanaşma əldə edildiyini bildirib və bu istiqamətdə müvafiq addımların atıldığını bildirib.