Aprelin 17-də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.
Həmsöhbətlər Ermənistan-Amerika münasibətlərinin sabit inkişaf dinamikasını yüksək qiymətləndirərək, son vaxtlar qarşılıqlı səfərlərin fəallaşdığını qeyd ediblər.
Erməni-Amerika birgə proqramlarının həyata keçirilməsinin gedişi və bir sıra sahələrdə əməkdaşlığın mümkün perspektivləri müzakirə edilib.
Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi kontekstində Ermənistan-Amerika əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.