Aprelin 14-də Azərbaycan Respublikasının Xİ naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının Xİ naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.