ER xarici işlər naziri Ararat Mirzoyan aprelin 14-də Rusiya xarici işlər naziri Sergey Lavrovla təkbətək söhbət edib. Görüş MDB Xarici İşlər Nazirləri Şurasının Səmərqənddə keçirilən iclası çərçivəsində baş tutub.
Həmsöhbətlər regional təhlükəsizlik və sabitliklə bağlı məsələləri müzakirə ediblər.
Xarici işlər nazirləri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi, sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan Azərbaycan silahlı qüvvələrinin aprelin 11-də ER Syunik bölgəsinin Teğ kəndində həyata keçirdiyi təxribatın təfərrüatlarını təqdim edərək, bunun Azərbaycanın ümumi təcavüzkar siyasətinin növbəti təzahürü olduğunu qeyd edib.
Azərbaycanın Laçın dəhlizinin 4 aydır blokadada saxlaması nəticəsində Dağlıq Qarabağdakı vəziyyətə istinad edilib. 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatla götürüldüyü öhdəliklərə uyğun olaraq, Laçın dəhlizinin blokadasının aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
Görüş zamanı XİN rəhbərləri ikitərəfli gündəlikdəki məsələlərə də toxunublar.