ER Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının şura və plenar iclaslarında iştirak edir. Ermənistan Respublikası Parlamentinin sədrinin hərtərəfli çıxışından əvvəl Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib. Qafarova çıxışını təxribatçı ritorika ilə qurub, erməni tərəfini əməkdaşlıq etməməkdə və azərbaycanlılar üçün müxtəlif maneələr yaratmaqda ittiham edib.
O, Laçın dəhlizi böhranı ilə bağlı vəziyyəti yanlış təqdim edərək, faktlardan və beynəlxalq mötəbər strukturların müvafiq qiymətləndirmələrindən bilərəkdən yayınaraq, ermənilərə qarşı nifrətə söykənərək, Azərbaycan cəmiyyətinin qulağına xoş gələn və mütəmadi olaraq təkrarlanan köhnə tezislər irəli sürüb. Qafarovanın çıxışına cavab olaraq ER Parlamentinin sədri sənədləşdirilmiş vəziyyəti MDB ölkələrinin parlamentlərinin tərəfdaşlarına təqdim edib.
“Qonşumuz ksenofob siyasətə və hərbi ritorikaya son qoymur. Ermənistan Respublikasının demək olar ki, bütün suveren ərazisi üçün tələblər irəli sürülür”,- deyə Simonayn qeyd edib.
ER Parlamentinin sədri son dərəcə mühüm humanitar məsələlərinə tə toxunub.
“Azərbaycan bu günə kimi qeyri-qanuni olaraq hərbi əsirləri və mülki şəxsləri saxlayır. Azərbaycanın nəzarətinə keçən Dağlıq Qarabağ ərazilərində erməni mədəni irsinin qorunub saxlanması məsələsi aktual olaraq qalır. YUNESKO missiyasının Dağlıq Qarabağa girişi o zaman əngəllənir ki, bir çox kilsələr, qəbirlər, Böyük Vətən Müharibəsi marşallarının və generallarının abidələri artıq dağıdılıb. Elə təəssürat yaranır ki, erməni hərflərinin silinməsi, bir neçə yüz il yaşı olan xaçkarların sındırılması tarixi dəyişə bilər. Aydındır ki, bununla Bakı Artsax yerlilərinin çoxəsrlik mövcudluğunun izlərini məhv edir".
Alen Simonyan beynəlxalq ictimaiyyəti və regionda sülh və sabitlikdə maraqlı olan bütün tərəfdaşları məqsədyönlü bəyanatlar və aydın addımlar vasitəsilə Azərbaycanın Ermənistan Respublikası və Dağlıq Qarabağ ermənilərinə qarşı təcavüzkar hərəkətlərini pisləməyə və bununla da, bundan sonrakı hadisələrin qarşısını almağa çağırıb.