Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Belçikanın “Soir” qəzetinə müsahibəsində Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsindəki aktivliyini Rusiyanın “regionda hökmranlığına” imkan vermək istəməməsi ilə izah edib.
"Mən hərəkətsizlikdənsə, həddindən artıq fəaliyyətdə ittiham olunmağa üstünlük verirəm", - deyə Avropa Şurasının rəhbəri əlavə edib.