Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında aprelin 11-də Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi növbəti təxribata toxunub.
Baş nazir qeyd edib ki, Azərbaycanın hərəkətləri 2022-ci il oktyabrın 6-da Praqada və oktyabrın 31-də Soçidə keçirilmiş görüşlər nəticəsində qəbul edilmiş bəyanatlara ziddir.
“Sərhəddəki durumun siyasi qiymətləndirilməsi baxımından 1991-ci il sərhəd xəttinin vurğulandığı Avropa İttifaqının ötən gün verdiyi bəyanatın önəmli olduğunu düşünürəm.
Söhbət 1991-ci il dekabrın 21-də Almatı bəyannaməsi ilə dövlət sərhədinə çevrilən Ermənistan SSR ilə Azərbaycan SSR arasında mövcud olan inzibati sərhəddən gedir. Avropa İttifaqının bəyanatında deyilir ki, bu xəttə hörmət edilməlidir. Bu, sabitliyin etibarlı təminatı kimi hər iki tərəfin silahlı qüvvələrinin həmin sərhəddən təhlükəsiz məsafəyə çəkilməsi vurğulayır.
Xüsusi vurğulamağı zəruri hesab edirəm ki, Ermənistan 1991-ci ildə Ermənistan-Azərbaycanın bütün sərhəd xətti boyunca belə bir tədbir görməyə hazırdır. Biz bununla bağlı 2021-ci ildən hazır olduğumuzu bildirmişik və belə bir hərəkət Praqa və Soçi razılaşmalarının məntiqinə uyğundur", - deyə Baş nazir qeyd edib.
Paşinyanın sözlərinə görə, belə bir həll yoluna Azərbaycanın destruktiv yanaşması mane olur. Azərbaycan beynəlxalq platformalarda əldə olunan razılaşmaları yerinə yetirməmək təcrübəsini sistemli şəkildə nümayiş etdirir:
“Eyni şeyi əsirlərin azadlığa buraxılması, atəşkəs rejiminin saxlanması və güc tətbiq edilməməsi və ya güc tətbiq etmə hədəsi məsələsində edir, baxmayaraq ki, bununla bağlı Soçidə yazılı razılıq əldə olunmuşdu. Laçın dəhlizinin qanunsuz blokadası da bunun nümunəsidir”, - ER Baş naziri deyib.