Fransa aprelin 11-də Ermənistan və Azərbaycan sərhədində, Ermənistan ərazisində, Teğ yaşayış məntəqəsinin yaxınlığında baş vermiş zorakılıq ilə bağlı dərin narahatlığını bildirir.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Fransa xatırladır ki, demarkasiya müstəsna olaraq danışıqlar yolu ilə həyata keçirilməli və tərəfləri bu istiqamətdə səylərini davam etdirməyə çağırır.
“Ermənistanın ərazi bütövlüyünə hörmət və təmas xəttində işğal olunmuş Ermənistan mövqelərindən Azərbaycan qüvvələrinin çıxarılması gələcək insidentlərin qarşısının alınması və regionda sabit sülhün əsaslarının qorunması üçün vacibdir. Fransa sərhədin Ermənistan tərəfində yerləşən və gərginliyin azaldılmasında mərkəzi rol oynayan Aİ-nin müşahidə missiyasının əməliyyatlarını tam dəstəkləyir”,- deyə o qeyd etdi.