“Amerikanın səsi”nin erməni xidmətinin dünən Ermənistanın Teğ kəndi yaxınlığında baş vermiş təxribatla bağlı sualına cavab olaraq ABŞ Dövlət Departamenti mübahisələrin həlli üçün güc tətbiqini “qəbuledilməz” adlandırıb.
“Həlak olanların və yaralananların ailələrinə başsağlığı veririk. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadəsi yolverilməzdir. Davamlı sülhün yeganə yolu danışıqlar masasından keçir və gücdən istifadəsi danışıqları pozur”.