Aprelin 13-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda işgüzar səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.
Görüş təkbətək söhbətlə başlayıb, daha sonra geniş tərkibdə davam edib, daha sonra iki ölkənin xarici işlər nazirlərinin mətbuat konfransı keçirilib.
“Bugünkü görüşdə vəziyyətlə bağlı son hadisələri müzakirə etdik, mən həmkarıma 2021-ci il may ayından başlayaraq Ermənistan Respublikasının suveren ərazisinə Azərbaycan tərəfindən təcavüz və hücumların nəticələri, habelə aprelin 11-də Ermənistan Respublikasının Syunik bölgəsinin Teğ kəndində azərbaycanlıların təxribat və təcavüzkar hərəkətlərinin nəticələri təqdim etdim. Vurğulamalıyam ki, Azərbaycanın təcavüzkar hərəkətləri ATƏT-in dəyərlərinin və Helsinki Yekun Aktının bir sıra fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır”,- deyə Mirzoyan mətbuat konfrans zamanı qeyd edib.
ER XİN rəhbəri 2022-ci ildə, müharibədən sonra Aİ-ninErmənistana missiyasının göndərilməsinin vacibliyinə toxunub.
Öz çıxışında nazir Mirzoyan Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanmasına da toxunub və qeyd edib ki, Dağlıq Qarabağ ermənilərini öz evlərini tərk etməyə məcbur edən hərəkətlərlə Azərbaycan Dağlıq Qarabağda sistemli etnik təmizləmə siyasəti həyata keçirməyə çalışır.
“Həmkarımın diqqətini Azərbaycan tərəfindən 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının pozulmasına yönəltdim. Azərbaycan bütün erməni hərbi əsirləri və girov götürülən mülki şəxsləri geri qaytarmaqdan imtina edir, onlara qarşı saxta məhkəmələr aparır”,- deyə Mirzoyan qeyd edib.
“Biz hesab edirik ki, ATƏT 1990-cı illərdən Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bir təşkilat kimi, güc tətbiqinin hər hansı təzahürünün qarşısını almaq da daxil olmaqla, öz iştirakını gücləndirməlidir. Biz ATƏT-ə sədrliyin roluna, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış strukturların öz mandatına uyğun olaraq cəlb olunmasına böyük əhəmiyyət veririk”- deyə Mirzoyan çıxışını yekunlaşdırıb.