Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin 12 aprel tarixli bəyanatı Ermənistanı dəstəkləyir.
Bakıda hesab edirlər ki, Fransa “qərəzli və ədalətsiz mövqe” nümayiş etdirib.
Xatırladaq ki, Fransa aprelin 11-də Ermənistan və Azərbaycan sərhədində baş vermiş zorakılıqla bağlı dərin narahatlığını bildirib və qeyd edib ki, Ermənistanın ərazi bütövlüyünə hörmət edilməlidir və Azərbaycan qüvvələri təmas xəttində Ermənistanın işğal olunmuş mövqelərindən çıxarılmalıdır.