Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında bülletenində qeyd olunub ki, Askeran rayonunda atəşkəs rejimi 4 dəfə pozulub.
Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.