Aprelin 13-də Artsax prezidenti Arayik Harutyunyan güc strukturlarının rəsmilərinin iştirakı ilə işçi müşavirə keçirib.
Artsaxın Azərbaycanın dörd aylıq blokadası şəraitində yaranmış yeni təhlükəsizlik çağırışları və onlara qarşı mübarizəyə yönəlmiş işlərin gedişi müzakirə edilib.
Dövlət başçısı məsul şəxslərə bir sıra yeni tapşırıqlar verib, onların ardıcıl icrasının vacibliyini vurğulayıb.
İclasda Prezident Aparatının rəhbəri Karen Şahramanyan, Təhlükəsizlik Şurasının katibi Samvel Şahramanyan da iştirak ediblər.