Avropa İttifaqının Xarici Əlaqələr Xidməti Azərbaycan silahlı qüvvələrinin Ermənistanın Syunik bölgəsinin Teğ kəndində törətdiyi növbəti təxribata toxunub.
“Aİ Teğ kəndi ərazisində bir neçə erməni və azərbaycanlı hərbçinin ölümü və yaralanması ilə nəticələnən silahlı toqquşmalarla bağlı təəssüfünü bildirir. Bu hadisə bir daha vurğulayır ki, delimitasiya olunmuş sərhəd olmadığı halda 1991-ci ildə olduğu xətti hörmət etmək lazımdır. Oxşar hadisələrin qarşısını almaq üçün hər iki tərəfin qüvvələri bu xəttdən təhlükəsiz məsafəyə çəkilməlidir.
Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırış edir. Biz bu prosesi dəstəkləməyə hazırıq.
Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrarlayırıq. Aİ bu səyləri, o cümlədən ən yüksək səviyyədə, eləcə də Aİ-nin Ermənistandakı missiyasının iştirakı vasitəsilə dəstəkləməyə davam edir", - deyə bəyanatda bildirilib.