Aprelin 11-də Ermənistan Respublikasının Xarici İşlər Nazirliyində Ermənistan Respublikası və Rusiya Federasiyasının Xarici İşlər Nazirlikləri arasında İran ilə rərəflər arasında əməkdaşlıq, eləcə də Asiya-Sakit okean regionunda çoxtərəfli platformalarda əməkdaşlıq mövzuları üzrə məsləhətləşmələr olub.
Ermənistan tərəfini Ermənistan xarici işlər nazirinin müavinləri Mnatsakan Safaryan və Vahan Kostanyan, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko rəhbərlik edib.
Qeyd olunan regionlarda fəaliyyətlə bağlı geniş spektrli məsələlər, o cümlədən müvafiq regional strukturlarda əməkdaşlıq məsələləri müzakirə edilib.
Danışıqlardan sonra ER xarici işlər naziri Ararat Mirzoyan və Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko araslnda baş verən görüşün zamanı xarici siyasət idarələri arasında məsləhətləşmələrin aparılmasının vacibliyi qeyd olunub.
Bu kontekstdə regional sabitlikdə maraqlı olan müttəfiqlər və tərəfdaşlar tərəfindən lazımi cavab və təsirli addımların aktuallığı vurğulanıb.