Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan Twitter mikrobloqunda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunub:
“Ermənistan Respublikasının Müdafiə Nazirliyinin yaydığı videoda görünür ki, Azərbaycan silahlı qüvvələrinin hərbçiləri təxribat törətmək üçün ER Silahlı Qüvvələrinin mühəndis işləri aparan hərbçilərinə yaxınlaşır və atəş açırlar. Nəticədə 4 hərbçi həlak olub, 6 hərbçi də ağır yaralanıb.
Azərbaycanın bu təxribatı ER ərazi bütövlüyünə qarşı növbəti təcavüz idi. Bakının bu siyasəti yeni deyil. Bu, 2021-ci ilin may və noyabr aylarında, 2022-ci ilin sentyabr ayında Ermənistana qarşı həyata keçirilən və Ermənistanın suveren ərazilərini işğal edən hücumların davamıdır”,-deyə Marukyan yazıb.