ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani regional səfər çərçivəsində Azərbaycana səfər edib. Onu prezident İlham Əliyev qəbul edib. Tərəflər Cənubi Qafqazda baş verənləri, Ermənistan-Azərbaycan münasibətlərindəki gərginliyi, xüsusən aprelin 11-də Teğ kəndi yaxınlığında baş vermis eskalasiyanı müzakirə ediblər.
İlham Əliyev baş verənlərə görə Ermənistanı günahlandırıb. O, bildirib ki, guya erməni tərəfi qəsdən təxribata əl atıb.
Buyar Osmanini Azərbaycanın xarici işlər naziri də qəbul edib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ceyhun Bayramov qeyd edib ki, 2022-ci ilin dekabrından Bakı ilə Yerevan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı birbaşa təmaslar dayandırılıb.
O, Ermənistan tərəfinin hadisə yerinə bitişik ərazilərdə tikinti işlərinin sürətlə aparılmasından gileylənib, bunu dağıdıcı və təhlükəli, ağır nəticələrlə dolu hərəkətlər kimi qiymətləndirib.
ATƏT sədrinin səlahiyyətlərini icra edən də öz növbəsində regionda gərginliyin azaldılmasına çağırıb. O, hər hansı silahlı insidentin, o cümlədən dünən Ermənistan-Azərbaycan sərhədində baş verən hadisənin regionda yeni eskalasiyaya səbəb ola biləcəyini vurğulayıb.
“Bütün münaqişələr, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh yolu ilə həll edilməlidir. Mən ATƏT-in sədri kimi sülhün təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirəm”, - deyə Buyar Osmani bildirib.
Şimali Makedoniyanın xarici işlər naziri də Ermənistan və Azərbaycan arasında birbaşa təmasların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib və bu, ATƏT-in fəaliyyətdə olan sədrinin fikrincə, münasibətlərin normallaşmasına töhfə verəcək.
Regional səfər çərçivəsində Azərbaycana yola düşməzdən əvvəl ATƏT sədri artıq Gürcüstana səfər edib və Bakıdan sonra onun Yerevana səfəri də nəzərdə tutulub.