İranın Bakıdakı səfiri Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Musəvi “Twitter”də yazıb ki, xarici işlər nazirləri arasında konstruktiv danışıqlardan sonra Hacıyevlə də konstruktiv müzakirə aparıb. Səfir ümidvar olduğunu bildirib ki, başlanmış prosesin son nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq.