Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfərini dayandırıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazir təcili Ermənistana qayıdır.
Xatırladaq ki, aprelin 11-də saat 16:00 radələrində Azərbaycan SQ bölmələri Teğ kəndi istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinin mühəndis işləri aparan hərbçilərini atəşə tutublar.