Aprelin 11-də ER Baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Katibinin Köməkçisinin Müavini Erika Olson və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, Qafqaz danışıqları üzrə baş məsləhətçi Lui Bono ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Tərəflər ER-ABŞ əməkdaşlığı, Ermənistanda və regionda təhlükəsizlik, eləcə də ER və Azərbaycan arasında sülhün bərqərar edilməsinə yönəlmiş danışıqların gedişi ilə bağlı məsələləri müzakirə ediblər.