ER Xarici İşlər Nazirliyi sərhəddəki vəziyyətlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
““Aprelin 11-də saat 16:00 radələrində Ermənistan Respublikasının ərazisi olan Syunik rayonunun Teğ kəndi ərazisində Azərbaycan silahlı qüvvələrinin bir qrup əsgəri dislokasiya məntəqələrini tənzimləmək bəhanəsi ilə ER Silahlı Qüvvələrinin hərbçilərinə yaxınlaşaraq onları təhrik ediblər, sonra isə müxtəlif çaplı silahlardan Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri və mövqeləri istiqamətində atəş açıblar.
ER Silahlı Qüvvələrinin hərbçiləri cavab tədbirləri görərək ER-nin suveren ərazisini müdafiə ediblər. Ölən və yaralananlar var.
Ermənistan tərəfinin konstruktiv danışıqlar yolu ilə problemləri yerlərdə həll etmək istəyinə baxmayaraq Azərbaycan tərəfinin bu təcavüzkar hərəkətləri davam edir.
Baş verən təxribat ER ərazi bütövlüyünə qarşı Azərbaycanın növbəti təcavüzü idi. Azərbaycanın bu siyasəti yeni deyil. Bu, 2021-ci ilin may və noyabr aylarında, 2022-ci ilin sentyabr ayında Ermənistana qarşı həyata keçirilən və Ermənistanın suveren ərazilərini işğal edən hücumların davamıdır.
Bu bir faktdır ki, gücdən istifadə və güc tətbiq etməklə hədələmə Azərbaycanın siyasətinin tərkib hissəsidir və məqsəd regionda sabitliyi əhəmiyyətli dərəcədə pozmaq və sülh danışıqlarını davam etdirmək uğruna vasitəçi tərəfdaşların səylərinə zərbə vurmaqdır.
Biz beynəlxalq ictimaiyyəti və regionda sülh və sabitlikdə maraqlı olan bütün tərəfdaşları məqsədyönlü bəyanatlar və aydın addımlarla Azərbaycanın təcavüzkar hərəkətlərini pisləməyə və Azərbaycan tərəfindən vəziyyətin daha da gərginləşdirməsinin qarşısını almağa çağırırıq”.