ER Müdafiə Nazirliyi bildirir ki, saat 19:00-a olan məlumata görə, atışmanın intensivliyi xeyli azalıb. Hazırda Vardenis istiqamətində atəşə tutulması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil, qeyd olunan istiqamət hazırda nisbətən sabitdir.
Ermənistan tərəfinin İrana məxsus pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar reallığa uyğun gəlmir. ER Silahlı Qüvvələrinin arsenalında heç bir İran pilotsuz uçuş aparatı yoxdur.
Müdafiə Nazirliyi dəqiqləşdirilməmiş məlumatları dərc etməməyə, yalnız rəsmi xəbərləri izləməyə çağırır.
Müdafiə Nazirliyi vəziyyətlə bağlı rəsmi açıqlama verəcək.