Aprelin 10-13-də ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Cənubi Qafqaza səfər edəcək.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin mətbuat xidməti məlumat verib.
Buyar Osmani səfər etdiyi ölkələrin parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər maraqlı tərəflərlə görüşlər keçirəcək.
Səfər çərçivəsində regionda mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq yolu ilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.