31 il əvvəl, 1992-ci il aprelin 10-da Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın Martakert rayonunun Marağa erməni yaşayış məntəqəsində dinc əhaliyə qarşı planlı şəkildə vəhşicəsinə qətliam törədib. Nəticədə 5000-ə yaxın əhalisi olan qəsəbə tamamilə etnik təmizləməyə məruz qalıb, 50-dən çox dinc sakin vəhşicəsinə qətlə yetirilib, eyni sayda insan əsir götürülüb.
Bu məlumatlar Human Rights Watch və Amnesty International təşkilatlarının hesabatlarında da sənədləşdirilmişdir. Əsirlərin bir çoxunun taleyinə bu günə kimi aydınlıq gətirilməyib və sonuncular məcburi yoxa çıxmış hesab edilir.
Marağa qətliamı Sumqayıt, Kirovabad və Bakıda erməni qırğınlarının davamı və Azərbaycan hakimiyyətinin milli kimlik zəminində törətdiyi kütləvi cinayətlərin müntəzəm təzahürlərindən biri idi.
Dağlıq Qarabağın mülki əhalisinə qarşı qəsdən törədilmiş cinayətlər, hərbi cinayətlər, onların cəzasız qalması və qəhrəmanlaşdırılması Azərbaycanın sistemli siyasətinin tərkib hissəsinə çevrilərək, Azərbaycanın 2016-cı ildə Dağlıq Qarabağa qarşı apardığı aqressiya və 2020-ci ildə 44 günlük müharibə zamanı yeni təzahürlər almışdı. Nəticədə Hadrut, Şuşi və ətraf rayonlardan on minlərlə erməni köçkün düşüb.
Marağa fəciəsindən 35 il sonra Azərbaycan dörd aya yaxındır ki, Dağlıq Qarabağı bütün dünya ilə birləşdirən Laçın dəhlizini qanunsuz olaraq blokadada saxlayır.
Dağlıq Qarabağda qəsdən humanitar böhran yaratması, Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağda vaxtaşırı atəşkəs rejimini pozması və təcavüzkar hərəkətləri, dinc əhalinin davamlı olaraq hədəfə alınması və hədələnməsi bir daha sübut edir ki, Azərbaycanın məqsədi Dağlıq Qarabağı etnik təmizləməyə məruz qoymaqdır.
Bu gün biz Marağa faciəsi qurbanlarının xatirəsini ehtiramla yad edirik. Bu cür cinayətlərin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin fəal addımlarından, o cümlədən mövcud beynəlxalq mexanizmlərdən istifadənin aktuallığını bir daha vurğulayırıq.