Dağlıq Qarabağın Martuni rayonu ərazisində atəşkəs rejiminin pozulması faktı qeydə alınıb. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin bülletenində qeyd olunub.
Atəşkəsin pozulması nəticəsində insan tələfatı olmayıb.
“Faktla bağlı Rusiya sülhməramlı missiyasının komandanlığı erməni və Azərbaycan tərəfləri ilə birgə araşdırma aparır”, - bəyanatda deyilir.