Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana səfəri başlayıb. O bu barədə tviterdə yazıb.
“Cənubi Qafqaza səfərimə Tbilisidən başlayıram. Müzakirələri səbirsizliklə gözləyirəm”, - deyə B.Osmani qeyd edib.
O bildirib ki, prioritet milli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri ilə işdir: “ATƏT 2008-ci ildə baş vermiş münaqişənin nəticələrinin həllində yaxından işləməyə davam edəcək”.