İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü Təl-Əvivdə törədilən terror aktından sonra hərbi polisin bütün ehtiyatda olan şəxsi heyətinin və əlavə ordu qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib.
Bu barədə Baş nazirin ofisi məlumat yayıb.
“Baş nazir Təl-Əvivdəki terror aktı ilə bağlı məlumatlandırılıb. Hökumət başçısı İsrail polisinə MAGAV-ın ehtiyatda olan şəxsi heyətinin İsrail Müdafiə Qüvvələrinin əlavə qüvvələrinin səfərbər edilməsi barədə göstəriş verib”-, deyə məlumatda vurğulanıb.
Netanyahu həmçinin vətəndaşları təhlükəsizlik xidmətlərinin göstərişlərinə əməl etməyə çağırıb.