Moskva və Kiyev arasında hazırda atəşkəs üzrə danışıqlar mümükün deyil. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
O qeyd edib ki, Rusiya konstruktiv danışıqlara hazır olduğu məqama çatmalıdır. Bu cür təmasların məqsədi ədalətli və davamlı sülh olmalıdır.
Blinken atəşkəs ideyasının bəziləri üçün cazibədar ola biləcəyini qeyd etdi.
Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar yalnız Rusiyanın maraqları nəzərə alınmaqla aparıla bilər.