Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən qısa zamanda bağlanmasına önəm verir. TASS xəbər verir ki, bu barədə cümə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla Ankarada danışıqlardan sonra bildirib.
“Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi məsələlərini müzakirə etdik, iki ölkə arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq. Biz bu məsələ ilə bağlı, o cümlədən Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə o bildirib.