İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Pekində fransalı həmkarı Katrin Kolonna ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlər, o cümlədən ümumi maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib. Xarici işlər nazirləri qarşılıqlı hörmət və dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayıblar.