Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Danışıqlarda Azərbaycan tərəfindən Laçın dəhlizinin qanunsuz blokadaya alınması nəticəsində Dağlıq Qarabağda davam edən humanitar böhran müzakirə olunub.
Dağlıq Qarabağdakı böhranın aradan qaldırılması kontekstində ER Baş naziri Rusiya sülhməramlı missiyasının ardıcıl addımlarının vacivliyini vurğulayıb.
Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat infrastrukturunun açılması müzakirə edilib.