Baş nazir Nikol Paşinyan ABŞ Ticarət Departamentinin qlobal bazarlar məsələləri üzrə müşaviri Arun Venkataramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir ABŞ nümayəndə heyətinin Ermənistana səfərini alqışlayıb və erməni-amerikan strateji gündəliyi üzrə dialoqun genişləndirilməsinin və birgə proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Nikol Paşinyan ikitərəfli münasibətlərin dinamik inkişaf xarakteri daşıdığını qeyd edərək, iqtisadi qarşılıqlı fəaliyyətin ardıcıl dərinləşməsinə yönəlmiş addımların həyata keçirilməsini zəruri hesab edib.
Arun Venkataraman Yerevanda keçirilən erməni-amerikan strateji dialoq sessiyasını səmərəli qiymətləndirərək, ABŞ-ın iki ölkə arasında kommersiya əlaqələrinin dərinləşdirilməsində və müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın təşviqində maraqlı olduğunu vurğulayıb.
Ticarət, investisiyalar, enerji, yüksək texnologiyalar, ticarət dövriyyəsi, biznes mühitinin yaxşılaşdırılması, birgə layihələrin həyata keçirilməsi sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarına toxunulub.