Avropa Şurası 2022-ci il üçün Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası haqqında hesabat yayıb.
Hesabata görə, 31 dekabr 2022-ci il tarixinə olan məlumata görə, Azərbaycanda AİHM-nin 285 qərarı icrasını gözləyirdi. 2021-ci ildə onların sayı 271, 2020-ci ildə isə 235 olub.
Azərbaycanın icra olunmamış qərarlarının sayı ildən-ilə artır.
Yekunlaşmamış işlər arasında "Məmmədli Azərbaycana qarşı" qrupunun işi var. Bu işdə fəallar Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Leyla Yunus, Arif Yunus, Qiyas İbrahimov və Bayram Məmmədova qarşı işlər birləşdirilib. Azərbaycan hakimiyyəti indiyədək bu işlər üzrə hökmləri ləğv etməyib və ərizəçilərə bəraət verməyib.
Yeddi iş söz azadlığının pozulmasına, üçü ölüm və ya amansız rəftarın səmərəli araşdırılmamasına, iki iş sərbəst toplaşmaq və birləşmək azadlığının pozulmasına aid idi.