Azərbaycan Milli Məclisi İran parlamentinin bir müddət əvvəl qəbul etdiyi bəyanata cavab olaraq bəyanat qəbul edib.
İran parlamentinin Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı bəyanatını Azərbaycan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Qeyd olunur ki, qəbul edilən bəyanat “İranın Azərbaycana qarşı növbəti siyasi təxribatı”dır.
Milli Məclis bəyanatında İranı Azərbaycana qarşı qərəzli hərəkətlərdən çəkinməyə çağırıb.