Aprelin 7-də TŞ katibi Armen Qriqoryan ABŞ Ticarət Departamentinin qlobal bazarlar məsələləri üzrə katibinin müavini Arun Venkataramanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Həmsöhbətlər ikitərəfli erməni-amerikan investisiyalarının perspektivlərini, biznes mühitinin yaxşılaşdırılmasını, yüksək texnologiyalar və enerji sahələrində mövcud əməkdaşlığın prespektivləri və imkanlarını müzakirə edib, həmçinin əməkdaşlığın gələcək yollarını müəyyən edən ikitərəfli birgə proqramların həyata keçirilməsinə toxunublar.
Tərəflər həmçinin Ermənistan-Amerika iqtisadi əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.