ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyətə toxunub.
“Laçın dəhlizinin bağlanması ilə əlaqədar Dağlıq Qarabağda humanitar vəziyyət gərgin olmaqda davam edir. DQ-ya qaz və elektrik enerjisinin verilişinin dayandırılması davam edir.
Ötən gün daha bir qalmaqallı hadisə baş verib. Gorisdən Stepanakertə gedən bir qrup Dağlıq Qarabağ sakininin öz evlərinə getməsinə icazə verilməyib.
Qeydə alınmış bu hadisə bu münasibətlə əvvəllər səsləndirilən qiymətləndirmələrin doğru olduğunu bir daha göstərir. Bu qiymətləndirmələr Beynəlxalq Məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarı fonunda daha da intensivləşib. Azərbaycan Laçın dəhlizinin fəaliyyətini tam bərpa etmək üçün bütün tədbirləri görməlidir.
Ötən gün baş verən insident bir daha göstərib ki, Beynəlxalq Məhkəmənin qərarı icra olunmur və biz bundan irəli gələn beynəlxalq diplomatik səylərimizi davam etdirməliyik”, - Paşinyan bildirib.