Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 6-7-də Türkiyəyə səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun dəvəti ilə baş tutan səfər zamanı ikitərəfli və beynəlxalq məsələlər üzrə geniş spektrli danışıqlar nəzərdə tutulur.
Belə ki, XİN başçılarının görüşündə Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika regionunda, Mərkəzi Asiya və Qara dəniz bölgəsindəki vəziyyətlə bağlı müzakirələr aparılacaq.
Nazirlər əsasən Ukrayna böhranının hazırkı vəziyyətini nəzərdən keçirəcək, münaqişənin sülh yolu ilə həllinin prinsipləri və yollarını müzakirə edəcəklər.