Aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Görüş zamanı İran səfirinə "İran tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən fəaliyyətə" görə qəti narazılıq bildirilib.
İran Səfirliyinin 4 əməkdaşının Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.