Türkiyənin Los Ancelesdəki baş konsulu Sinan Kuzum Kaliforniya ştatının İrvan şəhərində Erməni Soyqırımı qurbanlarının xatirəsinə abidə tikilməsi ilə bağlı şəhər şurasına etiraz məktubu yazıb. Bu barədə “Amerikanın səsi” xəbər verir.
O, bu proqramın heç bir fayda verməyəcəyi qənaətində olduğunu bildirib.
Fevralın 28-də İrvan şəhər şurası Erməni Soyqırımı qurbanlarının xatirəsinə abidə tikilməsini yekdilliklə təsdiqləyib.