Pekində İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahian və Feysəl bin Fərhan əl-Səud görüşüblər. Bu barədə məluamtı “ IRNA” agentliyi yayıb.
Tərəflər razılaşdırılmış müddətdə səfirlik və konsulluqların yenidən açılması, uçuşların və qarşılıqlı səfərlərin bərpası üçün lazımi koordinasiyanın davam etdirilməsi, məsləhətləşmələrin və əməkdaşlığın inkişaf etdirilməsi yolları ilə bağlı müzakirələrin artırılması barədə razılığa gəliblər.
İran və Səudiyyə Ərəbistanı ikitərəfli əməkdaşlığın inkişafına mane olan bütün maneələri aradan qaldırmağa hazır olduqlarını bildiriblər.